28 iyul 2025 00:23
118

Avropa Komissiyasının sədri: Tramp sövdələşmə ustasıdır

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidenti Donald Tramp ilə söhbəti zamanı onun danışıq bacarıqlarını qiymətləndirib.

“İki sahil” xəbər verir ki, söhbətin videosunu "Right Side Broadcasting Network" öz "YouTube" kanalında yayımlayıb.

"Siz sərt danışıqlar aparan şəxs və sövdələşmə ustası kimi tanınırsınız", - deyə o bildirib.

Siyasətçilər iyulun 27-də Şotlandiyada görüşüb. Danışıqların ardından Tramp ABŞ-ın Avropa İttifaqı ilə ticarət sazişi imzaladığını elan edib. ABŞ prezidenti bu sazişi "ən böyük" adlandırıb.