27 iyul 2025 18:53
123

Marko Rubio Maduronu narkotik alverində ittiham edib

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuela Prezidenti Nikolas Maduronu "Günəşlər karteli"nə rəhbərlik etməkdə ittiham edib. Onun sözlərinə görə, kartel narkotik ticarəti ilə məşğuldur.

“İki sahil” xəbər verir ki, Rubio bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, Maduro legitim prezident deyil: "Maduro Venesuelanın prezidenti deyil, onun rejimi də qanuni hökumət deyil. Maduro ölkəni zəbt etmiş narkoterror təşkilatı olan "Günəşlər karteli"nin rəhbəridir. Ona qarşı ABŞ-də narkotik alverində ittiham irəli sürülüb".