23 iyul 2025 16:12
157

Rusiyada yaşayan Belarus vətəndaşları yerli seçkilərdə iştirak etmək hüququ əldə ediblər

Rusiya prezidenti Vladimir Putin Rusiyada yaşayan Belarus vətəndaşlarının yerli seçkilərdə iştirak hüququ əldə etməsi haqqında qanun imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Qanuna əsasən, Rusiyada daimi yaşayan Belarus vətəndaşları Rusiyanın yerli idarəetmə orqanlarına səs verə və seçilə bilərlər.

Rusiya vətəndaşları da Belarus ərazisində eyni hüququ əldə edəcəklər.