İlin sonuna qədər artıq quşçuluq və arıçılıq təssərrüfatlarının sığortalanmasını da edə biləcəyik
Aqrar Sığrota Fondu İdarə Heyətinin sədri Fuad Sadıqov Kənd Təsərrüfatı Nazirliyində Aqrar Sığorta Fondu və Azərbaycan Fotoqraflar İttifaqının təşkilatçılığı ilə «Azərbaycanda kənd təsərrüfatı» mövzusunda keçirilmiş fotomüsabiqənin nəticələrinin elan olunması və Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş tədbir çərçivəsində fond tərəfindən əkin sahələrinin sıortalanması və aqrar sığorta ödənişləri ilə bağlı jurnalistlərə müsahibə verib:
- Aqrar Sığorta Fondunun “Aqrar Sığorta” sistemindən kimlər faydalana bilərlər?
- Aqrar Sığorta” sistemi, ümumiyyətlə, əsas vəzifəsi kənd təsərrüfatı sahəsində çalışan fermerlərin dayanıqlı və davamlı fəaliyyətlərinin təmin edilməsi üçün bir instisional bir alətdir. “Aqrar Sığorta” sistemi vasitəsilə fermerlər öz fəaliyyətlərini daha güvənli şəkildə həyata keçirə bilərlər. Qeyd edim ki, artıq 5 ildir Aqrar Sığorta Fondunun “Aqrar Sığorta” sistemi istehlakçıların geniş istifadəsinə təqdim edilib. Dövlət tərəfindən aqrar sığorta haqlarının 50 %-i maliyyələşdirilir. Bunun da başlıca məqsədi fermerlərin maliyyə dayanıqlarının və fəaliyyətlərinin davamlılığının təmin edilməsidir.
Artıq Aqrar Sığorta xidmətləri ölkənin 96% ərazisində əlçatandır. Bu, o deməkdir ki, bütün ölkə üzrə sığorta xidməti əldə edib öz fəaliyyətini daha güvənli şəkildə həyata keçirmək istəyən şəxslər bu xidmətdən faydalana bilərlər. Ölkəmizdə 1 milyon 700 min hektar bəyan olunan əkinə yararlı torpaq əraziləri var ki, onun da hər il 20 %-i Fond tərəfindən sığortalanır. Bu, ölkə ərazisinin 5-də 1-nin sığorta təminatı altında olması deməkdir.
- Fond tərəfindən ödənişlərin verilməsi hansı səviyyədədir?
- Aqrar Sığorta Fondu tərəfindən ödənişlərin verilməsi prosesi davam etdirilir. Qeyd edim ki, Fond yarananda 1-2 il tərəfimizdən 2.4 milyon manat civarında ödəniş edilmişdi. Növbəti il 3,5 milyon manat civarında ödəniş olunmuşdusa, 2024-cü ildə 4.4 milyon, 2025-ci ilin ilk yarısında artıq 4,5 milyon manatdan daha yüksək bir məbləğ istehlakçılara zərər qismində ödənilib. Bu da bir daha əkin ərazilərinin fermerlərimiz tərəfindən sığortalandığını, Fond və dövlət tərəfindən onların fəaliyyətlərinin dəstəklənilməsini göstərir.
-Bu ilin ilk 6 ayında ödənişlərin və yığımların həcmi nə qədər olub?
- Bu ilin ilk 6 ayında artıq 13 milyon manatdan çox sığorta haqları toplanılıb və ödənişlər artıq 4.5 milyon manatı artıq keçib. Qeyd edim ki, bu ödənişlər yalnız ötən ilin sonunda və bu ilin əvvəlində baş verən hadisələrdir. Bizim hələ pambıqçılarımızın mövsümü davam edir.
Ölkədə taxıl yığımı demək olar ki, artıq tamamlanır. Bu ilin birinci rübündə baş verən hadisələrin tənzimlənilməsi ilin 2-ci yarısında olacaq və bu o deməkdir ki, artıq 4.4-4.5 milyon manat ilin sonuna böyük bir ehtimalla 8-9 milyon manata çatacaq və bu kifayət qədər rekord bir rəqəmdir. İldən-ilə Fondun sığorta haqları, yığımları artacaq və ödənişləri də göründüyü kimi, artır və daha da çox olacaq.
- Ən çox hansı məhsul üzrə ödəniş olunur?
- Aqrar Sığorta Fondu tərəfindən bitkiçilik, heyvandarlıq məhsulları sığortalanır. Ən çox ödənişlər bitkiçilik sahəsi üzrə ödənilib. İkinci, heyvandarıq sahəsi üzrə ödənilib. Ölkəmizin əkinə yararlı ərazilərinin 50%-dən çoxu məhz taxıl bitkiləri üzrədir və bizim ənənəvi olaraq taxıl üzrə etdiyimiz ödənişlər ümumi ödənişlər strukturunda daha yüksək paya malikdir. Lakin, o demək deyil ki, bu, belə davam edəcək. Bu ilin fevral, mart və aprel aylarında rastlaşdığı dolu yağıntısı, havaların şaxtalı keçməsi meyvə istehsalıçılarına küllü miqdarda ziyanlar vurub. İlin sonunda bu rəqəmin taxılla müqaisədə meyvə istehsalıçılarının xeyrinə daha çox ödəniş ediləcəyi proqnozlaşdırılır. Yəni, bu, davamlı bir prosesdir, ilin sonunda biz mətbuata açıqlama verəcəyik.
- Heyvandarlıq üzrə ödənişlər daha aşağı olur, bitkiçilik daha yüksək olur, bu istiqamətdə heyvandarlıqla bağlı sitimullaşdırıcı işlər aparılırmı?
- Əlbəttə, biz bunun təşviq edilməsini düşünürük. Biz sıgorta hadisələrinin əhatəsini daha da genişləndirəcəyik. Məsələn, hal-hazırda bala atma təminatı yoxdursa, bala atma təminatını biz verəcəyik. Doğuş zamanında heyvan tələf olursa, heyvanın ödənişini risklərin siyahısına salacayıq. Eyni zamanda, heyvanlarda xəstəlik təminatı da təmin olunacaq. Yəni, sığorta hadisələrinin risklərinin əhatəsini genişləndirəcəyik və burada da heyvandarlıq xüsusi bir yer tutur. Bilirsiniz ki, heyvanların saxlanma şəraiti qapalıdır, daha muhafizəlidir. Bitkiçilik sahəsi üzrə isə fəaliyyət göstərən fermerlər açıq tarlada, səma altında bir istehsalat, fabrik qurublar. Həmin fabrik günəş işığından, yağışdan, küləkdən, heç nədən sığortalanmır, qorunmur və əlbəttə ki, bitkiçilik sahəsi üzrə bütün dünyada olduğu kimi, maraq daha yüksək olacaq. Lakin bu, o demək deyil ki, biz heyvandarlıq sahəsini daha az diqqət yetirəcəyik.
- Maraqlıdır, belə bir statistika var ki, nə qədər heyvan sayı var, onlardan neçəsi sığortalanıb?
- Heyvan sayları milyonlarladır, lakin sığortalananlar isə on minlərlədir. Öncə dediyim kimi, ölkə ərazimizin 5-də 1-i sığortalanıbsa, yəni 20% sığortalanıbsa heyvan sayında heç 1%-ə çatmır. Bunun üçün ölkədə mütləq qaydada heyvanların qeydiyyat prosesi tamamlanmalıdır. Dövlət qeydiyyat nömrəsi olmadığı təqdirdə maşınların sığortalanması mümkün olmur. Heyvanların da artıq bir qeydiyyat sistemi mövcuddur ki, “birkalama” prosesi tamamlandıqdan sonra biz bu prosesi ölkə miqyasında daha geniş əhaliyə təqdim edə bilərik. Bu gün o şəxslər ki, heyvanlarını birkalama prosesini etməyib, elektron kənd təsərrüfatı informasiya sistemində uçotları yoxdur, onlar sığorta xidməti əldə etmək istəsələr də edə bilməyəcəklər. Düşünürük ki, bu proses bir az vaxt alacaq, ancaq hər bir halda bitkiçilik sahəsi üzrə maraq daha da yüksəkdir.
- Quşçuluqla bağlı müzakirələr gedir, bu barədə nə deyə bilərsiniz?
- Quşçuluq və arıçılıq təssərrüfatlarının sığortalanması ilə bağlı müvafiq qanunvericilik layihəsi və normativ hüquqi aktlara dəyişiklik layihəsi hazırlanıb təqdim edilib. Düşünürük ki, ilin sonuna qədər biz artıq quşçuluq və arıçılıq təssərrüfatlarının sığortalanmasını da edə biləcəyik. Bu istiqamətdə proseslərimiz başlayıb.
- Aqrar Sığorta Fondu proseslərdə suni intellektdən istifadə edirmi?
- Əlbəttə, istifadə edir. Artıq Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bir layihə həyata keçirilir. Layihə çərçivəsində süni intellektdən istifadə etməklə, hadisənin baş vermək ehtimalının tezliyinin müəyyən edilməsi, hansı ərazidə hansı bitkilərin daha çox hansı riskə məruz qalacağına dair süni intellekt vasitəsilə köhnə tarixdə baş verən hadisələrin emal edilməsi və artıq elektron bir mühitdə tətbiq olunur. Məsələn, siz gedirsiniz Xaçmazda badam əkmək istəyirsiniz və artıq elektron mühitdə, yəni dediyimiz süni intellekt tərəfindən burada sizə bunun edilməsi tövsiyə edilmir kimi bir məsələlər ortaya çıxacaq. Əlbəttə ki, biz də bu alətdən istifadə edəcəyik. Alətin tərbiqinə yeni başlanılıb və düşünürük ki, gələn ilə artıq zərərlərin tənzimlənməsi prizmasında, eyni zamanda sığorta hadisələrinin baş vermə ehtimalını nəzərə alaraq, sığorta tariflərinin hesablanmasında da bundan istifadə olunacaq.
Orxan Vahidoğlu, “İki sahil”