Hipertoniya ilə mübarizədə natriumun, yəni duzun gündəlik istehlak miqdarına nəzarət xüsusi əhəmiyyət daşıyır.
“İki sahil” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, hipertoniya xəstələri gündəlik həyatda bir neçə qaydaya əməl etməklə duz istehlakını azalda bilələr:
- Yeməkləri dadlandırmaq üçün duz əvəzinə sumax, kəklikotu, sarımsaq tozu, sarıkök, reyhan qurusu kimi ədviyyatlardan istifadə etmək olar;
- Konservləşdirilmiş, hisə verilmiş, duzlanmış, sosiska, kolbasa kimi emal olunmuş qidalardan imtina etmək tövsiyyə olunur;
- Məhsul alarkən, etiket məlumatlarına diqqət edin, daha az duzlu olanlara üstünlük vermək məsləhət görülür;
- Yeməklərin dadına baxmadan duz əlavə etmək gündəlik natrium istehlakını artıra bilər.
Unutmayın: Hipertoniya xəstələri üçün gündəlik natrium qəbulu 1500 mg-dan az olmalıdır. 1 çay qaşığı adi duz 2000 mg natriuma bərabərdir.