17 iyul 2025 11:51
135

Aramızdakı münasibətlərin daha da inkişaf etməsini arzu edirəm - Ersin Tatar

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Lefkoşa şəhərində “Bizim ailəmiz Türk dünyasıdır” adlı konfrans keçirib.

“İki sahil” xəbər verir ki,  konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, KKTC ilə Azərbaycan arasındakı qəlb birliyi və tarixi bağlardan söz açaraq, KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmasının əhəmiyyətini vurğulayıb.

Türk dünyasının iqtisadi, mədəni və hərtərəfli əlaqələrlə gücləndiyini bildirən Tatar, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdırıb və Azərbaycan xalqına salamlarını göndərib.

Prezident Tatar KKTC-nin Türk dünyası ilə əlaqələrinin daha da irəliləməsi üçün səylərin davam etdiriləcəyini bildirərək, “Aramızdakı münasibətlərin daha da inkişaf etməsini arzu edirəm,” – deyib.