13 iyul 2025 09:27
127

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam".

Amerika lideri sui-qəsdin onun müdafiəsinə cavabdeh olan şəxslərin bir neçə səhvinin nəticəsi olduğuna diqqət çəkib.

Tramp cinayətkarı tez aradan qaldırmağı bacaran snayperi də qeyd edib. "Bizim snayperimiz onu beş saniyədən az bir müddətdə bir atışla uzaq məsafədən vura bildi. Əgər bunu etməsəydi, vəziyyət daha da pis olardı", - deyə o vurğulayıb.