13 iyul 2025 15:22
124

Mask "xAI" şirkətinə iki milyard dollar həcmində sərmayə yatıracaq

Amerikalı iş adamı İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti "Grok" çat-botunu hazırlamış "xAI" şirkətinə iki milyard dollar həcmində sərmayə yatıracaq.

“İki sahil” "The Wall Street Journal"a istinadla xəbər verir ki, "SpaceX"in investisiyaları cəlb edilmiş beş milyard dollar məbləğindəki səhm kapitalının bir hissəsidir.

Məlumata görə, "xAI"nin 2025-ci ilin sonunda daha çox vəsait cəlb edəcəyi gözlənilir.