30 iyun 2025 08:08
132

Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmaq xoşbəxtlikdir

“Doğma yurda qayıtmaq, illərlə həsrətini çəkdiyim torpaqlara ayaq basmaq mənim üçün böyük xoşbəxtlikdir. Daha da sevindirici hal odur ki, orada sakinlər üçün yüksək səviyyədə şərait yaradılıb. Dövlətimizin diqqəti və qayğısı hər yerdə hiss olunur”.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağdam rayonunun Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün Allahverdi Rüstəmov deyib.

O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur, məktəb və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır: “Kəndimizə getmişəm, həm özüm görmüşəm, həm də qohumlardan eşidirəm – hər şey çox yaxşıdır. Evlər tam təmirli və rahatdır. Su, işıq, yol var. Hər şey üçün minnətdarıq. Bu torpaqlara qayıtmaq arzusu ilə illər keçdi, bu gün isə artıq reallıqdır”.

Allahverdi Rüstəmov göstərilən yüksək diqqətə görə minnətdarlıq edib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyuldu”.