Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır.
“İki sahil” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Agentlik nazirliyin tabeliyinə verildikdən sonra 1077 nəfərə sosial xidmətlər göstərilib.
Bundan başqa, o bildirib ki, hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb.