Bakı Ali Neft Məktəbində Data analitikası ixtisası açılır!
Bəs nə üçün “Data analitikası” ?
1. Məqsəd: Böyük həcmli məlumatların toplanması, təhlili, vizuallaşdırılması və əsaslandırılmış qərarların verilməsi bacarıqlarını formalaşdırmaq.
2. Əsas bacarıqlar: Riyazi modelləşdirmə, statistika, proqramlaşdırma (Python, R, SQL), məlumat vizuallaşdırması və analitik düşüncə.
3 .Tətbiq sahələri: İqtisadiyyat, maliyyə, səhiyyə, İT, logistika, təhsil və dövlət sektoru.
4. Karyera imkanları: Data analitiki, Data Scientist, biznes analitiki, məlumat mühəndisi, vizuallaşdırma üzrə mütəxəssis.
5. Təhsil imkanları: Data Science, süni intellekt, statistik modelləşdirmə, proqram mühəndisliyi və maliyyə üzrə magistr və doktorantura proqramları.