30 iyun 2025 10:26
128

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda avtomobil aşıb.

1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi "Opel Astra" minik markalı avtomobili Padar Qışlaq kəndi ərazisində aşırıb.

Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin - 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

"Report"