Aydının (Türkiyə) Söke rayonunda əkin sahəsində baş verən yanğın meşəyə keçib.
“İki sahil” DHA-ya istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 16:30 radələrində başlayıb.
Məlumata görə, alov küləyin təsiri ilə geniş əraziyə yayılaraq meşəyə keçib. Ərazidəki insanların xəbərdarlığı ilə bölgəyə 3 təyyarə, 9 helikopter, 20 su maşını, 6 su tankeri və 3 buldozer cəlb edilib.
Yaşayış sahələrinə yaxın olan yanğına havadan və yerdən müdaxilənin davam etdiyi bildirilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”