Dəməşq yaxınlığındakı Müqəddəs Elias kilsəsində partlayış nəticəsində azı 20 nəfər ölüb, 51 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ibadət ocağına daxil olan terrorçu özünü partladıb.
Hadisə şahidlərinin yerli televiziyaya verdiyi məlumata görə, hadisə vaxtı kilsədə olanlar binaya silahlı şəxsi saxlamağa cəhd ediblər. Bu zaman o, özünü partladıb.
Terror aktı nəticəsində tarixi kilsəyə də ciddi ziyan dəyib.
***
Suriyanın paytaxtı Dəməşqin şərqindəki Duveyla bölgəsindəki Mar İlyas kilsəsində partlayış baş verib.
“İki sahil” “CNN TÜRK”ə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, 15 nəfər ölüb, 25 nəfərdən çox insan yaralanıb. Hadisə nəticəsində kilsəyə böyük maddi ziyan dəyib.
Partlayışın səbəbi məlum deyil.
Təhlükəsizlik qüvvələri bölgədə geniş ehtiyat tədbirləri görüb və partlayışla bağlı araşdırmaya başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”