Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub.
“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyə klublarından "Beşiktaş"ın rəqibləri müəyyənləşib.
"Qara qartalların"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi "Şaxtyor" (Ukrayna) və "İlves Tampere" (Finlandiya) cütünün qalibi olacaq.
Xatırladaq ki, Ukrayna təmsilçisi ötən günlərdə baş məşqçi postuna Arda Turanı gətirib.