UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.
Ağdam klubu II raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 8-9-da və 15-16-da, II raundun matçları isə iyulun 22-23-də və 29-30-da keçiriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi