"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.
25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi