17 iyun 2025 17:52
111

Karpin Mostovoyun “Dinamo”da təcrübə keçməsinə qarşı deyil

Moskva “Dinamo”sunun baş məşqçisi Valeri Karpin “Selta” və Rusiya futbol yığmasında birgə çıxış etdiyi Aleksandr Mostovoyun klubda təcrübə keçməsinə razıdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verirki, o, bu barədə klubun sosial şəbəkə hesablarında yayımlanan mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, Mostovoy “A” kateqoriyalı məşqçilik lisenziyası aldığını açıqlayıb.