Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında yarımfinala vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, 1/16 finalda çinli Tsyanqnan Vanı məğlub edən Tçkayev 1/8 finalda braziliyalı Luan Almeydadan üstün olub. Azərbaycan cüdoçusu 1/4 finalda yaponiyalı Yoonvan Lini üstələyib. Z.Tçkayev yarımfinalda Arslonbek Tojiyev (Özbəkistan) - Timur Arbuzov (İJF) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi