Azərbaycanlı şahmatçı Xaqan Əhməd (2290) dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməsinin təsadüfi olmadığını sübut edib.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi instaqram hesabında yazılıb.
FIDE İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatındakı bu görüşü xüsusi qabardıb:
"Günün böyük sürprizi. Xaqan Əhməd Hikaru Nakamuranı heyrətə gətirdi. O, gün ərzində qalibiyyətinin təsadüfi olmadığını sübut etdi. Güclü qrossmeysterlərlə qarşılaşaraq 13 oyundan 9-da qalib gəldi".
Qeyd edək ki, Xaqan Əhmədin 13 yaşı var. O, dünya çempionatında Türkiyə komandasının heyətində çıxış edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi