Londonun "Arsenal" klubu "Real Madrid"in hücumçusu Rodriqo Qoesə göz qoyub.
“İki sahil” xəbər verir ki, "The Athletic" nəşrinin iddiasına görə, İngiltərə nəhənginin baş məşqçisi Mikel Arteta braziliyalı ulduzun oyununu diqqətlə izləyib.
O, transferin bu yay bitirilməsini istəyib.
Qeyd edək ki, Rodriqonu "Real Madrid"dən almaq istəyən klub 100 milyon avrosundan keçməlidir.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi