İyunun 11-də Gənclər və İdman Nazirliyində VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, qurumdan verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov hazırlıq prosesində federasiyalarla sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə əvvəlcə iştirakçılara yarış haqqında ümumi məlumat təqdim olunub. Sonra yarış cədvəli, idman növləri, oyunların keçiriləcəyi məkanlar, açılış və bağlanış mərasimləri barədə məlumat verilib, digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi