AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə iyunun 18-dən 20-dək qitə futbol qurumunun “HatTrick” proqramı çərçivəsində Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək.
“İki sahil” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs 3 günü əhatə edəcək.
Dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi