Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olmaq istəyirik.
“İki sahil” xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi sabah Azərbaycan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, zədəli futbolçuların olmadığını bildirib: “Yalnız heyətdə müəyyən dəyişikliklər olacaq. Qapını Tot Balaş qoruyacaq. Azərbaycan millisi də sabah qələbə qazanmaq istəyir”.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi