İngiltərənin "Mançester Siti" komandası qapıçısı Skott Karson ilə yollarını ayırdığını elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Şəhərlilər" müqavilə müddəti başa çatan 39 yaşlı qolkiperin sözləşməsini yeniləməyəcək. Qeyd edək ki, S.Karson 2019-2021-ci illərdə Premyer Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edib. Daha sonra "Mançester Siti" onu transfer etmək hüququndan istifadə edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi