"Milan" və "Çelsi" klubları qapıçı Mayk Menyanın transfer qiymətini razılaşdırıb.
“İki sahil”in "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya təmsilçisi 29 yaşlı fransalı qolkiper üçün təklif olunan 18 milyon avroya razılaşıb.
“Milan” daha əvvəl İngiltərə klubundan 30 milyon avro tələb etmişdi. "Çelsi" isə 15 milyon avro ödəməyə hazır idi.
Qeyd edək ki, M.Menyan ötən mövsüm bütün turnirlərdə keçirdiyi 52 oyunun 14-də qol buraxmayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.
“Transfermarkt” portalı qolkiperin dəyərini 25 milyon avro qiymətləndirir.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi