08 iyun 2025 00:37
93

Azərbaycanın 3x3 basketbol millisi yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.

Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.

Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.