"Barselona" futbolçusu Mark-Andre ter Ştegenin müqaviləsinə vaxtından əvvəl xitam vermək üçün hərəkətə keçib.
“İki sahil” xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.
Katalonlar 33 yaşlı qapıçının hər il üçün maaşını verməyə hazırdır. Almaniyalı oyunçunun klubla olan hazırkı sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Bildirilir ki, ter Ştegen üçün bu təklifi qəbul etmək çətin olacaq, çünki o, daha əvvəl mediaya karyerasını İspaniya nəhəngi ilə davam etdirmək istədiyini bəyan etmişdi.
Qeyd edək ki, daha öncə mediada yayılan xəbərlərə əsasən, "Barselona" 33 yaşlı qapıçıya artıq güvənmir. Buna onun zədədən sağaldıqdan sonrakı davranışları səbəb olub. Xüsusilə, ter Ştegenin Çempionlar Liqasının "İnter"lə yarımfinal matçı (4:3) üçün heyətə daxil edilmədiyinə görə komanda ilə birlikdə Milan səfərinə getməkdən imtina etməsi olub.