07 iyun 2025 20:20
106

Naxçıvanda futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub

Naxçıvanda futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub.

“İki sahil” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində qrup mərhələsi başa çatıb. Muxtar Respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan turnirdə hər qrupdan iki komanda 1/4 yüksəlməyə nail olub.

A qrupunda Mədəniyyət Nazirliyi, B qrupunda Təhsil Nazirliyi, C qrupunda Ədliyyə Nazirliyi, D qrupunda isə Dövlət Vergi Xidməti birinci yerin sahibləri kimi, Səhiyyə, Fövqəladə Hallar, İqtisadiyyat nazirlikləri və Dövlət Energetika Xidməti isə qrup ikinciləri qismində pley-offa adlayıblar.

14 iyun 2025-ci il tarixində baş tutacaq 1/4 final oyunlarında aşağıdakı komandalar qarşılaşacaq:

Saat 10:00 – Mədəniyyət Nazirliyi – Dövlət Energetika Xidməti

Saat 11:00 – Ədliyyə Nazirliyi – Səhiyyə Nazirliyi

Saat 12:00 – Təhsil Nazirliyi – İqtisadiyyat Nazirliyi

Saat 13:00 – Dövlət Vergi Xidməti – Fövqəladə Hallar Nazirliyi