06 iyun 2025 17:41
114

"Bavariya" futbolçusu ilə müqaviləni uzadır

"Bavariya" futbolçusu Sven Ulrayxla yeni müqavilə imzalamağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Münhen təmsilçisi 36 yaşlı qolkiperlə 2026-cı ilin yayına qədər yeni müqavilə ilə bağlı şifahi razılığa gəlib. Klub Ulrayxın təcrübəsini, sabitliyini və fədakarlığını yüksək qiymətləndirir.

O, yeni mövsümdə Manuel Noyer və Yonas Urbiqdən sonra 3-cü qapıçı rolunu oynayacaq.

Qeyd edək ki, ötəb mövsüm Sven "Bavariya"nın heyətində cəmi 2 oyun keçirib, bu oyunda 1 qırmızı vərəqə alıb, 2 qol buraxıb.