Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan millisi yarışı 1 medalla başa vurub.
Komandamızın heyətində Hikmət Məmmədov (50 kq) fəxri kürsüyə yüksəlib. O, yarışda bürünc medal qazanıb.