İngiltərənin “Arsenal” klubu braziliyalı futbolçusu Qabriel Maqalyaynsla yeni müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ildə Fransanın “Lill” klubundan “Arsenal”a transfer olunub. O, “Topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi