06 iyun 2025 12:29
125

Daşkəsəndə sosial yardım aksiyası keçirilib

Müqəddəs Qurban bayramı ərəfəsində “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti və QSC-nin törəmə cəmiyyəti olan “Daşkəsən Dəmir Filiz” MMC-nin birgə təşkilatçılığı ilə sosial yardım aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, aksiya Daşkəsən rayonunda qeydiyyatda olan Birinci və İkinci Qarabağ – Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə zamanı yaralanmış şəxslər, eləcə də aztəminatlı ailələri əhatə edib. Onlara bayram təbrikləri çatdırılıb, qurban əti və digər ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib. Sosialyönümlü bu təşəbbüs ümumilikdə 160 ailəni əhatə edib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən bu tip aksiyalar əhalinin rifah halının davamlı olaraq yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə dəstək məqsədi daşıyır.