06 iyun 2025 20:33
126

ADY gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Azərbaycan Dəmir Yolları (ADY) Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İki sahil” xəbər verir ki, məlumata görə, 5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.