Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Qurban bayramı münasibətilə Tərtər rayonunda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsində olub, şəhid ailəsini Qurban bayramı münasibətilə təbrik edib. “İki sahil” xəbər verir ki, görüşdə, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və şəhid ailələrinin üzvləri iştirak edib.
Millət vəkili və icra başçısı şəhid Aslanın xatirəsini yad edib, şəhidlə bağlı ailənin xatirələri dinləyib, Aslan Hüseynovun keçdiyi döyüş yoluna nəzər salıb.
Daha sonra Qurban bayramı münasibətilə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə şəhid ailələri, qazilər, aztəminatlı ailələr və din xadimlərinə bayram sovqatı paylanılıb.
Bayram sovqatı alan sakinlər onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.