Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirələr davam etdirilir.
“İki sahil” xəbər verir ki, Bərdə Ticarət Mərkəzində yerləşən yerləşən 10 saylı Güloğlular ərazi partiya təşkilatında keçirilən müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək dövlət suverenliyimizin bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını və əlamətdar hadisəyə çevrildiyini bildirib, Müzəffər Lider, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələr barədə danışıb. Ayrı-ayrı müddəaların gələcəyimiz üçün yeni ideyaların və prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Müşavirədə çıxış edən 10 saylı Güloğlular kənd ərazi partiya təşkilat sədri Zülfü Tağıyev ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıb. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyətinin və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Həmçinin müşavirədə Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi təşkilatı kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs olunub. VIII Qurultayda ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin xalqımızın ürəyindən xəbər verən nitqindən irəli gələn məqsədlərin həyata keçirilməsində, vətəndaş məmnunluğunun təmin edilməsində partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya müəssisədə vətəndaşlara göstərilən xidmətin səviyyəsi ilə maraqlanıb, burada yaradılan şəraitlə tanış olub.
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi