05 iyun 2025 16:17
165

Şahin “Eyupspor”da

Türkiyənin “Eyupspor” komandasının yeni baş məşqçisi məlum olub.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi bu vəzifəyə tanınmış çalışdırıcı Səlçuk Şahini gətirib.

Hazırda Türkiyənin əsas millisində köməkçi məşqçi işləyən mütəxəssis yığmanın təlim-məşq toplanışından sonra rəsmi müqaviləyə imzalayacaq.

O,bu postda Arda Turanı əvəzləyib.