“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda Bakı təmsilçisinə keçib. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü Kiprin “Apollon” (Limassol) klubunda keçirib. 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.