"Real" müdafiə xəttini gücləndirmək üçün heyətə yeni oyunçu cəlb edir.
"İki sahil" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Madrid təmsilçisi "İnter"dən Françesko Açerbi və onun klubu ilə razılaşıb.
Gələn həftə bu transferin açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 37 yaşlı mərkəz müdafiəçisi 2023-cü ilin yayından "İnter"də çıxış edir. O, başa çatan mövsümdə Milan klubunda bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub və 3 qol ötürməsi edib.