04 iyun 2025 16:31
170

Bellinqemin qardaşı "Borussiya"ya keçir

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellinqem karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, artıq 19 yaşlı futbolçunun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.

"Sanderlend”in bu keçidə görə 30 milyon avro qazanacağı bildirilib.

Bellinqemə Frankfurt “Ayntraxt”ı və “Leyptsiq” də maraq göstərsə də, o, qardaşı Çud Bellinqemin sabiq klubunu seçib.

Qeyd edək ki, ingiltərəli futbolçu başa çatan Çempionşip mövsümündə 43 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə  edib.