04 iyun 2025 00:57
168

"Beşiktaş" bu hücumçu ilə maraqlanır...

Bir zamanlar "Qalatasaray" və "Adana Demirspor"da futbol oynamış Henri Onyekuru digər İstanbul nəhənginə transfer olunur. 

“İki sahil” xəbər verir ki, Henri Onyekuru "Beşiktaş"ın formasını geyinəcək.

Səudiyyə Ərəbistanının "Əl-Fayha" klubunda çıxış edən Henri "Qara qartal"ın prezidenti Serdal Adalı ilə görüşüb.

Artıq ilkin razılıq əldə olunub. Oyunçu "Beşiktaş"a azad agent kimi keçəcək.