"Milan" futbolçusu Rafael Leaunu satmağa hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
A seriyası təmsilçisi artıq 25 yaşlı hücumçuya qiymət də qoyub. "Milan" liderini 130 milyon avro dəyərində qiymətləndirir. Onun müqaviləsində 175 milyon avroluq satın alma şərti var. Bildirilib ki, danışıqlardan assılı olaraq, bu şərtdə güzəştə gedilməsi mümkündür.
Portuqaliyalı oyunçu ilə "Bavariya" yaxından maraqlanır.
Qeyd edək ki, Leau bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.