02 iyun 2025 11:23
203

Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyinə yeni seçkilər keçirilib.

“İki sahil” xəbər verir ki, uzun illər federasiyada prezident vəzifəsində çalışan, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə AŞF-nin prezidenti seçilib.

Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər.