"Araz-Naxçıvan" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm komandanın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb. Müdafiəçi 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

Millinin baş məşqçisi: Ağırlıqqaldırmada möcüzə olmur, nəticəni qaldırılan çəki müəyyənləşdirir
İrina Zaretska: "İlk dəfə qarışıq komanda üzrə Dünya Kubokunda iştirak etmək istəyirik"