Braziliya A seriyasının 11-ci turu çərçivəsində "Santos" "Botafoqo" ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, matçda "Botafoqo" 1:0 hesabı ilə qalib gəlib.
"Santos"un formasını geyinən Neymar bu görüşdə meydandan qovulub. 76-cı dəqiqədə 33 yaşlı futbolçu topu əli ilə rəqib qapısına göndərib. Bu hərəkətinə görə Neymar ikinci sarı vərəqəni alıb.
Qeyd edək ki, Neymar bu ilin yanvarında sabiq klubu "Santos"a qayıdıb.
Millinin baş məşqçisi: Ağırlıqqaldırmada möcüzə olmur, nəticəni qaldırılan çəki müəyyənləşdirir
İrina Zaretska: "İlk dəfə qarışıq komanda üzrə Dünya Kubokunda iştirak etmək istəyirik"