01 iyun 2025 21:36
157

"Qarabağ"ın 5 legioneri milliyə çağrıldı

"Qarabağ"ın 5 legioner futbolçusu öz milli komandalarına dəvət alıblar. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Yassin Benzia Əlcazair millisinə, Marko Yankoviç və Marko Veşoviç Monteneqro millisinə, Mateus Koxalski Polşa millisinə, Patrik Andrade isə Kabo-Verde milli komandasına dəvət alıb.