Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.
“İki sahil” xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8)və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Qeyd edək ki, daha əvvəl keçirilən üçüncü yer uğrunda matçda Serbiya Monteneqronu (3:0) məğlub edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi