01 iyun 2025 19:33
158

"Fənərbaxça" 16 yaşlı vingerlə razılaşdı

"Fənərbaxça" seneqallı futbolçu Amara Diufla razılıq əldə edib. 

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. 

16 yaşlı vingerlə aparılan danışıqlar son mərhələdədir. Onun bir neçə klubdan təklifinin olmasına baxmayaraq, artıq İstanbul klubuna keçməyə razılıq verib. 

Qeyd edək ki, Amara Diuf "Generation Foot" akademiyasında çıxış edir.