Bu gün Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, həlledici matçda İtaliya “İnter”i Fransa PSJ-si ilə qarşılaşıb.
Münhendəki "Alians Arena"da keçirilən görüş Paris təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da PSJ Çempionlar Liqasının qalibi olub.
Bu, Fransa klubunun qazandığı ilk ÇL kubokudur.
Çempionlar Liqası
FİNAL
23:00. "İnter" (İtaliya) 0-5 PSJ (Fransa)
Qollar: Hakimi, 12, Due, 20, 63, Kvaratsxeliya, 73, Mayulu, 86
Baş hakim: İştvan Kovaç (Rumıniya)
"Alians Arena", Münhen.