31 may 2025 20:53
186

Türkiyədə meşə yanır

İzmirin (Türkiyə) Əliağa rayonunda axşam saatlarında meşəlik ərazidə yanğın baş verib.

İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, yanğın saat 17:20 radələrində başlayıb.

Məlumata görə, havadan 1 təyyarə və 7 helikopter, 20 su tenderi, 6 su təchizatı maşını və qurudan 3 dozerlə qruplar alovu nəzarət altına almaq üçün çalışır.

Bölgədə küləyin təsirli olduğu və qrupların alovun sənaye zonasına yaxınlaşmasının qarşısını almaq üçün böyük səy göstərəcəkləri bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”